Almaniyada COVID-19-a yoluxma sayı artır
Dünya10:5411 noyabr, 2021

Almaniya kansleri vəzifələrinin icraçısı Angela Merkel koronavirusa yoluxmada artımın qarşısını almaq üçün peyvəndləmə templərinin kifayət qədər yüksək olmadığını bildirib

Almaniyada COVID-19-a yoluxma sayı artır
Bizi-da oxuyun

Son sutkada Almaniyada COVID-19 infeksiyasına 50 196 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək yeni maksimum göstəricidir.

Qazet.az TASS-a istinadən xəbər verir ki, gün ərzində 235 nəfər koronavirus xəstəsi ölüb. Bununla da, pandemiya dövründə bu səbəbdən ölənlərin sayı 97 198 nəfərə çatıb.

Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını bildirmişdi. Almaniya kansleri vəzifələrinin icraçısı Angela Merkel koronavirusa yoluxmada artımın qarşısını almaq üçün peyvəndləmə templərinin kifayət qədər yüksək olmadığını bildirib.

Onun sözlərinə görə, ölkədə peyvəndləmə səviyyəsi 75%-dən aşağıdır.

Fikriniz