Bakı 13˚C Sunny

 Angela Merkelin son vidası  - VİDEO

Gündəm 20:42 03 dek, 2021

Gülə-gülə Angela… Kitab oxuyarkən yuxuya gedəcəyin günlərdə qəlbində daim fərəh olsun.

 Angela Merkelin son vidası  - VİDEO

Almaniyanın federal kansleri Angela Merkel təntənəli hərbi mərasimlə (Grosser Zapfenstreich) uğurlandı. XVI əsrdən keçirilən bu ənənəvi mərasimdə hərbi orkestr Merkelin seçdiyi üç mahnını ifa etdi. Mühafizəkar siyasətçi Merkel “Pankın xaç anası” adlandırılan Nina Hagenin “Rəngli filmi unutdun” (Du hast den Farbfilm vergessen) mahnısını seçməsi maraqla qarşılanmışdı.

Mahnının ifası zamanı Merkelin yanağına göz yaşları süzülürdü. Vida mərasimi onu kədərləndirmişdi yoxsa keçmiş sevgiliyə yazılan mahnının “Mini yubkamda qəşəng görünürəm, amma isti göz yaşlarım axır və hər şey ağ-qaradır” sözləri”?! 70-ci illərdə populyar olan bu mahnını bütün gənclər kimi Angela da əzbər bilirdi.

İlk dəfə bir dünya liderinin vidasına ürəkdən təəssüf edirəm. Merkel səfeh, populist, qara-qışqırıqçı liderlərin fonunda zəkanın və sükunətin canlı mücəssiməsinə çevrilmişdi. Kantın da dediyi kimi: “Başımın üstündə ulduzlu səma və içimdəki əxlaq qaydaları”.

Gülə-gülə Angela… Kitab oxuyarkən yuxuya gedəcəyin günlərdə qəlbində daim fərəh olsun.