Almaniyada "Oktoberfest" ləğv edildi
Maraqlı17:4003 may, 2021

Bu barədə “RIA Novosti” məlumat yayıb

title
Bizi-da oxuyun

Almaniyanın məşhur “Oktoberfest” pivə festivalı koronavirus pandemiyası səbəbilə 2021-ci ildə keçirilməyəcək.

Qazet.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Festival Münxendə 18 sentyabr - 3 oktyabr arasında baş tutmalı idi.

Hər il dünyanın hər yerindən təxminən altı milyon insan “Oktoberfest”də iştirak edir. Tədbirin beynəlxalq xarakteri təşkilatçıların ləğv qərarını verməsinə səbəb olub. 

Festivalın ləğvi “Bavaria” pivə şirkətlərinə, otel sahiblərinə, pərakəndə satış mağazalarına, taksi şirkətlərinə zərər vuracaq. Münxen şəhəri də əhəmiyyətli miqdarda mənfəəti əldən verəcək.

2019-cu ildə “Oktoberfest”in iqtisadi dəyəri 1,23 milyard avro idi.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0