Bakı 14˚C Mostly sunny

Almaniyada terrora hazırlaşan 16 yaşlı şagird saxlanıldı

Gündəm 08:08 13 may, 2022

Almaniya polisinin verdiyi açıqlamada, ehtimal olunan neofaşist terror aktı şübhəlisinin ələ keçirildiyi bildirilib.

 

Almaniyada terrora hazırlaşan 16 yaşlı şagird saxlanıldı

Almaniyada 16 yaşlı orta məktəb şagirdinin evindən silah və bomba qurğusu tapılıb.

“Qazet.az” xarici mediaya istinadən xəbər verir ki, məktəbdə "terror hücumu" planlaşdırdığı güman edilən "ifrat sağçı" lisey şagirdi saxlanılıb.

Şimali Reyn-Vestfaliya əyalətinin Essen şəhərində yaşayan 16 yaşlı şagirdin evindən əl istehsalı silahlar, əldəqayırma bomba, ksenofob fikirlər yazılmış vərəqələr tapılıb. 

Şübhəlinin evinin yaxınlığındakı hər iki məktəbdə bomba qurğuları üçün axtarış aparılıb.

Almaniya polisinin verdiyi açıqlamada, ehtimal olunan neofaşist terror aktı şübhəlisinin ələ keçirildiyi bildirilib.