Bakı 23˚C Partly sunny

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşı polisə müqavimət göstərib

Gündəm 18:22 28 sen, 2021

Ötən gün Almaniyanın müxtəlif əyalətlərindən Köln-Bonn hava limanına gətirilən Ermənistan vətəndaşları çarter reysi ilə ölkələrinə deportasiya ediliblər

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşı polisə müqavimət göstərib

Almaniyada yaşayan 27 Ermənistan vətəndaşı “Readmisiya sazişi”nə əsasən ölkələrinə deportasiya ediliblər.

Qazet.az xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən əldə etdiyi məlumatda deyilir ki, ötən gün Almaniyanın müxtəlif əyalətlərindən Köln-Bonn hava limanına gətirilən Ermənistan vətəndaşları çarter reysi ilə ölkələrinə deportasiya ediliblər.

Deportasiya prosesi zamanı David Babayan adlı Ermənistan vətəndaşı polisə müqavimət göstərib, deportasiya prosesindən yayınmağa cəhd edib. Hava limanı mühafizəçilərinin müdaxiləsi ilə Babayan ailəsi təyyarə mindirilib.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin avqust ayında 342 Ermənistan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün federal idarəyə müraciət edib.