Bakı 22˚C Sunny

Almaniyanın səhiyyə naziri: "2022-ci ilin yazında pandemiyanı dəf edə bilərik"

Gündəm 14:15 22 sen, 2021

Gec-tez kollektiv immunitetə nail olunacaq

Almaniyanın səhiyyə naziri: "2022-ci ilin yazında pandemiyanı dəf edə bilərik"

“Biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.

Qazet.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Yens Şpan “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yazında əhalinin koronavirusa qarşı kollektiv immunitetə nail olub epideymiyanı dəf edə bilərik: “Əgər virusun peyvənddən müdafiə olunduğu yeni variantı əmələ gəlməzsə, bu ehtimal azdır, onda biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.

Nazir deyib ki, gec-tez kollektiv immunitetə nail olacaqlar: “Bu, ya aşılanmaq, ya da yoluxmaqla mümkün olacaq. Peyvəndlənmə daha təhlükəsiz yol sayılır. Vaksin olunanların sayı çoxaldıqca yoluxma azalar, koronavirusa qarşı hələlik aşılanması mümkünsüz olan uşaqlar daha yaxşı müdafiə edilər”.

Bildirilib ki, Almaniya əhalisinin 67 faizdən çoxu koronavirusa qarşı vaksinin birinci dozasını qəbul edib.