Bakı 13˚C Sunny

Almatı “morq”larından 41 cəsəd oğurlanıb

Gündəm 11:19 17 yan, 2022

Bu barədə şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov bildirib

Almatı “morq”larından 41 cəsəd oğurlanıb

Almatıda iğtişaşlar zamanı şəhərin meyitxanalarına yeddi hücum həyata keçirilib və 40-dan çox cəsəd oğurlanıb.

Qazet.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov bildirib.

“Ölüləri qoymadılar, yaralıları da özləri ilə apardılar. Bu günlərdə morqlara 7 hücum olub və 41 cəzəd oğurlanıb”, - deyə o, bəyan edib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1300 nəfərdən çoxu yaralanıb.

Mənbə: “RİA Novosti”