Bakı 25˚C Partly sunny

"Altın Kelebek" mərasimi - FOTOLAR

Maraqlı 19:35 06 dek, 2021

Türkiyədə baş tutan "Altın Kelebek" mükafatlandırma mərasimində ölkənin tanınmış simaları qırmızı xalçaya çıxıb

"Altın Kelebek" mərasimi - FOTOLAR

Türkiyədə baş tutan "Altın Kelebek" mükafatlandırma mərasimində ölkənin tanınmış simaları qırmızı xalçaya çıxıb.

Qazet.az xəbər verir ki, gecədə bir-birindən fərqli libaslar seçən ulduzlar obyektiv qarşısına keçib. Tədbirdə ən yaddaqalan Melis Sezenin taxdığı 30 milyon dollarlıq boyunbağısı olub. Bu məşhur boyunbağını daha əvvəl Ledi Qaqa və Beyonse da taxmışdı.

Mərasimdə aktyorlarla yanaşı ifaçılar da iştirak edib. "Ən yaxşı qadın müğənni" adına layiq görülən Hadisə gecəyə sevgilisi, iş adamı Mehmet Dinçerlə qatılıb. O, çıxışı zamanı ona təşəkkür edib. Mükafatı şiddət görən və mübarizə aparan qadınların adına aldığını bildirib.

Qeyd edək ki, "Ən yaşı kişi aparıcı" Acun Ilıcalı, "Ən yaxşı qadın aparıcı" Müge Anlı, "Ən yaxşı serial" "Camdakı kız", "Ən yaxşı aktyor" Çağlar Ertuğrul, "Ən yaxşı aktrisa" Ezgi Mola və Merve Dizdar, "Ən yaxşı reper" Sefo, "Ən yaxşı uşaq aktyor" Aylin Akpınar, "Ən yaşı serial cütlüyü" Kerem Bürsin və Hande Erçel, "Ən yaxşı romantik komediya serialı" "Sen çal kapımı", "Ulduzu parlayanlar" Melis Sezen, Ahsen Eroğlu və Cemre Baysel, "Ən yaxşı uşaq aktyor" Aylin Akpınar, "Ömürlük iftixar" İbrahim Tatlıses, "Ən yaxşı serial musiqisi" "Masumlar apartmanı", "Ən yaxşı kişi müğənni" kateqoriyası üzrə Edis seçilib.

Xatırladaq ki, gecədə "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə mükafata Azərbaycandan Nahidə Babaşlı layiq görülüb.