Bakı 8˚C Windy

Amber Hörd Conni Depə böhtan atdığı üçün təzminat ödəyəcək - MƏBLƏĞ

Maraqlı 11:40 02 iyn, 2022

Conni Dep məhkəmədə keçmiş həyat yoldaşına qalib gəldi

Amber Hörd Conni Depə böhtan atdığı üçün təzminat ödəyəcək <span style="color:red">- MƏBLƏĞ</span>

Hollivud ulduzu Conni Deplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı məhkəmə çəkişməsində yekun qərar açıqlanıb.

Qazet.az xəbər verir ki, andçılar heyəti Depə böhtan atdığına görə Hördün təzminat ödəməsinə dair qərar qəbul edib.

Qərara əsasən, keçmiş həyat yoldaşı aktyora  15 milyon dollar ödəməlidir.

Bununla yanaşı, andçılar Deppin Hörd haqqında verdiyi ifadələrdən birini də böhtan kimi qiymətləndirib və aktyorun keçmiş xanımına iki milyon dollar məbləğində təzminat ödəməsinə hökm veriblər.
Beləliklə, hakimlər Amber Hördün 2018-ci ildə “Washington Post” qəzetində dərc etdirdiyi köşə yazısının başlığında və iki hissəsində Depp haqqında təhqiramiz ifadələrin olub-olmaması ilə bağlı suala müsbət cavab verdilər. 
Məhkəmə heyəti bu qərara səbəb kimi Deppin vəkili Adam Valdmanın 2020-ci ildə “İngilis Daily Mail” qəzetində Amber Hördün cinsi istismar iddialarını "təhqir" kimi əlaqələndiriblər.

Qaynaq