Bakı 6˚C Windy

Ana südünün faydaları. Ana südünü artırmaq üçün nə etmək lazımdır?

Maraqlı 13:32 18 yan, 2022

Hər ananın südü körpəsinə kifayətdir. Ən əsası ananın ilk növbədə buna inanmasıdır.

Ana südünün faydaları. Ana südünü artırmaq üçün nə etmək lazımdır?

Körpəmizə verə biləcəyimiz ən böyük hədiyyə Ana südü! 

Qazet.az   ana südünü artırmağın yollarını araşdırıb.

Öncə bir məsələni qeyd etmək lazımdır: Hər ananın südü körpəsinə və ya körpələrinə kifayətdir. Ən əsası ananın ilk növbədə buna inanmasıdır. Deməli, “Mənim südüm körpəmə bəs edir?” və ya “südümün uşağa kifayət edib-etmədiyini necə biləcəyəm?” narahatlığı bir qədər əsassızdır. 

Ancaq zaman keçdikcə ana südü azala bilər. Ana südünün azalmasının səbəbləri müxtəlifdir. 

Araşdırmalar göstərir ki, ananın sıx stress altında olması, yanlış əmizdirmə mövqeyi, düzgün qidalanmaması kimi səbəblərə görə ana südü azala bilər. 

 

 

Qadının orqanizmində süd əmələ gətirən prolaktin,  əmizdirdikcə daha çox gəlir. Amma südün süd kanalları vasitəsilə körpəyə çatması üçün oksitosin adlı hormon işə düşür. Bu, çox həssas, stresdən təsirlənən bir hormondur. Ana gərginləşdikcə və stress səviyyəsi artdıqca, süd əmələgətirmə yavaşlayır və süd  körpənin qidasına çatmır.

İkinci ən vacib məsələ, körpəni düzgün vəziyyətdə əmizdirməkdir. Analar buna mütləq diqqət yetirməlidirlər. Körpəniz düzgün vəziyyətdə əmməzsə, südünüzə tam çata bilməyəcək və süt gündən-günə azalmağa başlayacaq. 

Bundan əlavə, məmə uclarında yaralar yarana bilər və bu  sizə çətinlik yaradar. Bunun üçün xəstəxanadan çıxmazdan əvvəl körpə tibb bacısından düzgün vəziyyətdə əmizdirmə üsulunu öyrənin. Onu da qeyd edək ki, əmizdirmə yastıqlarından istifadə körpəni düzgün vəziyyətdə, yəni onun rahat olduğu şəkildə əmizdirmək üçün böyük rahatlıq verə bilər.

 

 

Körpəni istədiyi vaxt istədiyi qədər əmizdirmək də çox vacibdir. Ana südünə tələbat nə qədər çox olarsa, onun yaranması da bir o qədər çox olacaq. Buna görə də südünüzü artırmaq istədiyiniz zaman çoxlu süd verin. Xüsusilə ilk on gün, saatdan asılı olmayaraq, hansı döşdən əmizdirdiyinizdən asılı olmayaraq körpəni çoxlu əmizdirin. 

10-12-ci günün sonunda ana südünüzün yetişmə prosesi tamamlanır və ana südü ilə qidalanma müddətiniz təxminən 15-12 dəqiqə olur. Uşaq aldığı qidanın  seanslar şəklində olması və ana südünün yağlı hissəsini udması üçün səy göstərilməlidir.

Çox əmizdirdiyiniz halda ana südünüzün artmadığını düşünürsünüzsə, o zaman hər qidalanmadan sonra mütləq 15 dəqiqə döşünüzü sağın.

Bu sağımlar həmişə ana südü verildikdən sonra olmalıdır. Çıxan süd miqdarına görə narahat olmayın. Çıxış kiçik ola bilər. Məsələn, elektrik döş pompası ilə sağım sağarkən və ya digər sağma alətlərindən istifadə edərkən, ana südü ilə qidalanırmış kimi (tam olaraq eyni deyil, lakin oxşardır) orqanizmi stimullaşdıraraq ana südünün miqdarı artır.

 

 

İçilən  suyun miqdarı və ananın bəslənməsi də ana südünün artmasında çox təsirlidir. Gün ərzində orta hesabla 2-2,5 litr su içmək çox vacibdir.  

Sudan əlavə 3-4 stəkan şüyüd çayı və süd verən analar üçün satılan hazır çaylar içilməlisiz.

Əmizdirən ana balanslı qidalanmalı və demək olar ki, hər qida növündən  qəbul etməlidir, lakin bəzi qidaların ana südünün nisbətini artırdığı və ya ana südündəki yağı artırdığı məlumdur.  

Qoz və badam

Hər ana südündən sonra böyük bir stəkan su içmək, 3-4 ədəd qoz və badam yemək ana südünün miqdarını artıran üsullardandır. Beləliklə, ana südünüzdəki yağ miqdarını artıracaq. 

Ət və Balıq 

Süd verən ana, xüsusən də südün artması dövründə mütləq heyvan zülalına diqqət yetirməlidir.

Paxlalılar  

Bu prosesdə paxlalı bitkilərdən də istifadə edilməlidir. Amma paxlalılar süd verən ana üçün qaz yaradırsa, uzaq durmaq daha yaxşıdır. 

Şüyüd, tut, üzüm, pivə mayası, bütün tünd yaşıl yarpaqlı tərəvəzlər süd əmələ gətirir. 

 

3 əsas yemək və 3 qəlyanaltı olaraq qidalanan ananın südü də artacaq. Tez-tez yemək və bir yeməkdə çox kalori qəbul etmək əvəzinə yüksək qida dəyəri olan qidalara üstünlük vermək vacibdir. 

 

Bir sözlə, ana özünə və körpəsinə inananda, əmizdirməyə başlayanda, çox əmizdirəndə, kifayət qədər su içəndə, lazım gələrsə döş pompası ilə sağanda, sağlam qidalananda südü artar.  

Sağlam, xoşbəxt və bol südlü günlər.