Bakı 25˚C Mostly sunny

Andorra ev oyunlarını keçirdiyi stadionda güclü yanğın - VİDEO

İdman 17:16 09 okt, 2021

 "Estadi Nasional" stadionunda güclü yanğın baş verib

Andorra ev oyunlarını keçirdiyi stadionda güclü yanğın - VİDEO

Futbol üzrə Andorra milli komandasının ev oyunlarını keçirdiyi "Estadi Nasional" stadionunda güclü yanğın baş verib.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, Andorra milli komandası sabah 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi çərçivəsində İngiltərəni məhz bu meydançada qəbul etməli idi.

Qeyd olunur ki, alov ehtiyyatda oturan oyunçuların oturduğu skamyaları və televiziya stendinin quraşdırıldığı yeri əhatə edib. 

Yanğının səbəbi hələlik məlum deyil.

Britaniya mətbuatının yazdığına görə, hazırda görüşün məhz "Estadi Nasional"da keçirilməsi sual altındadır.