Bakı 16˚C Partly sunny

Andrey Şevçenko "Cenoa"dan istefaya göndəriləcəyini istisna etməyib

İdman 14:21 14 yan, 2022

Bunu "Ceno" komandasının baş məşqçisi Andrey Şevçenko "Milan"a 1:3 hesabı ilə uduzduqları İtaliya Kubokunun 1/8 final oyunundan sonra mətbuat konfransında deyib

Andrey Şevçenko "Cenoa"dan istefaya göndəriləcəyini istisna etməyib

"Mən hər gün işimi görürəm, qərarı isə klub rəhbərliyi qəbul edəcək".

Qazet.az xəbər verir ki, bunu "Ceno" komandasının baş məşqçisi Andrey Şevçenko "Milan"a 1:3 hesabı ilə uduzduqları İtaliya Kubokunun 1/8 final oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis hələ gənc olduğunu söyləyib: "Həyat uçuş və enişlərdən, qələbə və məğlubiyyətlərdən ibarətdir. Mən irəli gedirəm, layihəyə köklənmişik. Bu gün futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məşqlər nəticəsində keyfiyyətin ortaya çıxdığını tədricən görməkdəyik".

Qeyd edək ki, İtaliya Kubokunda mübarizəni dayandıran "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Mənbə