Bakı 8˚C Sunny

Angela Merkel sabah Türkiyəyə səfər edəcək

Siyasət 16:11 15 okt, 2021

Səfər onun dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq

Angela Merkel sabah Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel sabah Türkiyəyə səfər edəcək.

Qazet.az “Habertürk”ə istinadən bildirir ki, səfər onun dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq.

A.Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Libiya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.