Bakı 9˚C Windy

Angela Merkelin rekordu baş tutmayıb

Gündəm 22:14 24 noy, 2021

Xatırladaq ki, sentyabrın 26-da keçirilən seçkilərdə Sosial Demokrat Partiyası səslərin 25,7 faizini qazanaraq qalib gəlib, mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi bloku isə 24,1 faizlə tarixində ən aşağı nəticə göstərib.

Angela Merkelin rekordu baş tutmayıb

Almaniya bundestaqında Sosial Demokrat Partiyasının yeni sədri Olaf Şolzun kansler vəzifəsinə seçilməsi dekabrın 6-ı və ya 8-də baş verəcək.

“Qazet.az” “Spiegel”ə istinadən xəbər verir ki, bununla da 1982-ci ilin 1 oktyabr tarixindən 1998-ci il 26 oktyabr tarixinədək, yəni 5 869 gün hökumət başçısı olmuş Helmut Kolun rekordu yerində qalacaq. Belə ki, həmin rekordu təzələmək üçün hazırda kansler əvəzi olan Angela Merkel dekabrın 17-dək öz vəzifəsində qalmalıdır.