Antraktida "buz qitəsi"nə necə çevrildi? - Alimlərdən yeni tapıntı
Maraqlı15:4525 noyabr, 2021

Alimlər 34 milyon il əvvəl Antarktidanın buzlaşma səbəbini tapıblar

Antraktida "buz qitəsi"nə necə çevrildi? - Alimlərdən yeni tapıntı
Bizi-da oxuyun

Alimlər 34 milyon il öncə Antraktidanın nə səbəbə donmasını müəyyənləşdiriblər.

Qazet.az “REN TV”yə istinadən xəbər verir ki, Tasmaniya, Böyük Britaniya və Norveçdən olan beynəlxalq tədqiqatçı qrupun iddiasına görə, səbəb Yerdə karbon qazının konsentrasiyasının azalması olub.

Amma “Cənub okeanı”nda (Sakit, Atlantik və Hind okeanlarının Antaktidanı əhatə edən aşağı suları) dəniz suyunun sirkulyasiyasına təsir edən tektonik dəyişikliklər də səbəbdir.

Hesab olunur ki, 34 milyon il öncə atmosferdə karbonun azalması ilə isti iqlim soyuqla əvəzlənib. Bununla da planetin üstünün orta temperaturu aşağı düşüb. Dəniz dibindəki batmalara görə Antraktida ilə Cənubi Amerikanı ayıran Dreyk boğazı yaranıb. Bu isə Antraktida qütb axını yaradıb və materik isti sulardan təcrid olunub.

Nəticədə materik buz parçasına çevrilib.

Mənbə

Fikriniz