“Apple” təsisçisi yeni kosmik şirkət yaratdı
Texnologiya15:0114 sentyabr, 2021

Şirkət kosmosun bütün bəşəriyyət üçün təhlükəsiz və əlçatan olaraq qalması üzərində işləyəcək

“Apple” təsisçisi yeni kosmik şirkət yaratdı
Bizi-da oxuyun

Amerikanın “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak kosmik şirkət yaratdığını elan edib.

Bu barədə məlumatı S.Voznyak öz tviter hesabında paylaşıb: ““Privateer Space” şirkəti öz fəaliyyətinə başlayır”.

Layihəyə həsr olunmuş videoda qeyd olunur ki, Stiv Voznyak öz kosmik şirkətini robot texnikası üzrə “Ripcord” şirkətinin Baş direktoru Aleks Fildinq ilə birgə təsis edib. 

Həmçinin bildirilir ki, şirkət kosmosun bütün bəşəriyyət üçün təhlükəsiz və əlçatan olaraq qalması üzərində işləyəcək. Lakin bununla belə, şirkətin sırf hansı fəaliyyət ilə məşğul olacağı barədə detallar açıqlanmayıb.

Layihə barədə ətraflı məlumatın sentyabrın 14-dən 17-nə kimi keçiriləcək “Amos Tech” konfransı zamanı elan olunacağı gözlənilir.

Fikriniz