Bakı 10˚C Sunny

Arestoviç: “Rusiya Severdonetsk və Lisiçanskda 7 min hərbçi itirib”

Gündəm 10:09 05 iyl, 2022

Xatırladaq ki, Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

Arestoviç: “Rusiya Severdonetsk və Lisiçanskda 7 min hərbçi itirib”

“Lisiçansk və Severodonetsk uğrunda döyüşlərdə 7 min rusiyalı öldürülüb. Bu, hələ ən aşağı hesablamadır”.

Qazet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

"Rusiya qüvvələrinin nəzarətində olmayan Luqansk vilayətində kiçik “boz zona” qalıb, lakin ümumilikdə işğalçıların Luqansk vilayətini ələ keçirdiyini demək olar", - O.Arestoviç deyib.

Xatırladaq ki, Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.