Bakı 16˚C Partly sunny

Argentina - Braziliya matçının hakimləri diskvalifikasiya olunub

İdman 01:29 18 noy, 2021

Nəticədə hər iki hakim qeyri-müəyyən müddətədək diskvalifikasiya olunublar.

Argentina - Braziliya matçının hakimləri diskvalifikasiya olunub

Argentina və Braziliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununun (0:0) referisi Andres Kunya və VAR hakimi Esteban Ostoxiç cəzalandırılıb.

Qazet.az "Marca"ya istinadən xəbər verir ki, buna uruqvaylı hakimlərin matç zamanı kobud səhvə yol vermələri səbəb olub.

Kunya meydan sahiblərinin müdafiəçisi Nikolas Otamendinin dirsəyi ilə qonaq komandanın yarımmüdafiəçisi Rafinyanın sifətinə zərbə vurmasına fikir verməyərək, görüşü davam etdirib. Ostoxiç isə baş hakimin epizodu yenidən izləmək üçün VAR-a müraciət etməsinə ehtiyac duymayıb.

Nəticədə hər iki hakim qeyri-müəyyən müddətədək diskvalifikasiya olunublar.