Arif Babayevin səhhəti pisləşdi
Mətbəx15:5523 iyun, 2022

Xalq artisti “Muğam” televiziya müsabiqəsinin sonuncu buraxılışında səhhətinə görə iştirak etməyib

Arif Babayevin səhhəti pisləşdi
Bizi-da oxuyun

83 yaşlı xalq artisti Arif Babayevin səhhətində problem yaşanıb.

Bu haqda Qazet.az-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

Xalq artisti Azərbaycan Televiziyasında yayımlanan “Muğam” televiziya müsabiqəsinin sonuncu buraxılışında səhhətinə görə iştirak etməyib:

"Hazırda şükür Allaha səhhəti yaxşıdır. Müsabiqənin sonuncu buraxılışında münsif kimi iştirak edə bilmədi. Bu, səhhəti ilə bağlı idi. İndi hər şey yaxşıdır, yenidən müsabiqəyə gedəcək".

Qeyd edək ki, müsabiqənin münsif heyətinə xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Fikriniz