Bakı 7˚C Sunny

"Arsenal"ın futbolçusu hücuma məruz qalıb

Hadisə 12:04 01 dek, 2021

Müdafiəçiyə və onun dostuna zərər dəyməyib

"Arsenal"ın futbolçusu hücuma məruz qalıb

İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, həmin şəxslər 24 yaşlı müdafiəçinin avtomobilini saxladığı qaraja daxil olublar.

Cinayətkarlar braziliyalı oyunçudan maşının açarlarını, qol saatını və mobil telefonunu tələb ediblər. Onlardan biri Qabrieli beysbol çubuğu ilə hədələyib. Futbolçu onunla əlbəyaxa olub və daha sonra hücum edənlər qaçıblar.

Müdafiəçiyə və onun dostuna zərər dəyməyib.

Qeyd edək ki, Qabriel "Arsenal"a ötən ilin sentyabrında 26 milyon avro qarşılığında Fransa "Lill"indən keçib. O, "topçular"ın heyətində 42 oyuna 4 qol vurub.