Bakı 16˚C Partly sunny

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib" - ÜST rəhbəri

Gündəm 14:10 16 iyn, 2022

ÜST-ün rəhbəri bildirib

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib" - ÜST rəhbəri

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.

Qazet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: “Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.

“Vaksin edilmiş əhalinin üzərində araşdırma aparmalıyıq. ÜST bütün ölkələri səhiyyə təşkilatlarını yenidən qurmağa çağırır. Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır. Mən buna sessiyada çıxışımda yer verəcəyəm”, - ÜST-ün rəhbəri bildirib.