Bakı 12˚C Partly sunny

AstraZeneca “Omikron” ştamına qarşı vaksin anticisimlərini sınaqdan keçirir

Gündəm 15:44 01 dek, 2021

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir

AstraZeneca “Omikron” ştamına qarşı vaksin anticisimlərini sınaqdan keçirir

AstraZeneca şirkəti koronavirusun yeni “Omikron” ştamına qarşı uzunmüddətli AZD7442 anticisim kombinasiyasını sınaqdan keçirir.

Qazet.az “AstraZeneca”ya istinadən xəbər verir ki, AZD7442 virusa qarşı müxtəlif və bir-birini tamamlayan 2 növ güclü anticismə malik olduğundan effektivliyini saxlayacaq.

Həm 60 min nəfərin iştirakı ilə keçirilmiş kliniki sınaqlar, həm də 170-dən çox ölkədə 100 minlərlə insanın real məlumatları əsasında sübut olunub ki, “Vaxzevria” “SARS-CoV-2” və COVID-19-un narahatlıq yaradan bütün variantlarına qarşı effektivliyə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

İndiyədək bir çox ölkələrdə, o cümlədən Böyük Britaniyada, Niderlandda, Kanadada, Danimarkada, Almaniyada, Belçikada, Çex Respublikasında, İtaliyada və digər ölkələrdə “Omikron” ştamına yoluxma aşkarlanıb.