Bakı 23˚C Partly sunny

Atalıq məzuniyyətinin müddəti açıqlandı

Cəmiyyət 18:55 20 may, 2022

Layihə hazırda müzakirə mərhələsindədir

Atalıq məzuniyyətinin <span style="color:red">müddəti açıqlandı</span>

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətov “Sosial saat”da deyib.

O qeyd edib ki, layihəyə atalıq məzuniyyəti ilə bağlı məsələ daxil edilib: “Layihə hazırda müzakirə mərhələsindədir. Atalıq məzuniyyəti sosial məzuniyyət sayılır və 14 iş günü nəzərdə tutulub”.