Bakı 13˚C Mostly sunny

Aviqdor Liberman bu gün Azərbaycana səfər edəcək

Siyasət 15:26 24 apr, 2022

İsrailin maliyyə naziri  bu gün, Azərbaycana səfər edəcək

Aviqdor Liberman bu gün Azərbaycana səfər edəcək

İsrailin maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün, aprelin 24-də Azərbaycana səfər edəcək.

Bu barədə Qazet.az "Ynet” xəbər agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, səfər çərçivəsində Aviqdor Liberman Azərbaycan rəsmiləri ilə İsrailə neft, karbamid və buğda idxalını müzakirə edəcək.