Bakı 16˚C Partly sunny

Avokado haqqında: faydaları, zərərləri, reseptləri

Maraqlı 18:24 21 may, 2022

Zəngin antioksidant mənbəyi olan avokado immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qoruyur

Avokado haqqında: faydaları, zərərləri, reseptləri

Digər meyvələrlə müqayisədə avokado tərkibindəki vitaminlər və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalı bir meyvədir. 

ELƏCƏ DƏ BAX: Vitamin Deposu: Avokadolu yüngül salat Reseptləri 

Bədənin yağda həll olunan vitaminləri mənimsəməsinə kömək edir və digər qidalarla birlikdə istehlak edildikdə “bioavailability” artırır.   

Klimakterik (yığıldıqdan sonra yetişməyə davam edən) meyvədir. Armud şəklində yuvarlaq formada, yaşıldan qaraya qədər seçilən bir çox avokado növləri var.

Avokado  xolesterin və qanda trigliserid səviyyələrini balanslaşdırır. 

Tərkibindəki çoxlu sayda antioksidant sayəsində bir çox xəstəliklərin qarşısını alır və immunitet sistemini gücləndirir. 

Avokadonun tərkibindəki vitaminlər xərçəng xəstəliklərinə qarşı da qoruyucu təsirə malikdir.

 

 

Göz, dəri və saç sağlamlığı üçün faydalı bir dərman meyvəsi olan avokadonun tərkibində B, C, E, K vitaminləri var. O, həmçinin kalium, dəmir, maqnezium, fosfor, mis, sink və manqan kimi çoxsaylı mineralları ehtiva edir. 

Lutein, beta-karotin və omeqa-3 onun tərkibində olan yağ turşularıdır. Zəngin bir lif mənbəyidir.

Lifli quruluşuna görə  sizi tox tutar və yeməklərdə trans yağlar yerinə sağlam yağ kimi istifadə edilə bilər.  

Yüksək dəmir miqdarı avokadoya qırmızı ət alternativi kimi unikal bir xüsusiyyət verir. Dəmir həzm sistemini sürətləndirir və immunitet sistemini gücləndirir.

Qırmızı ət alternativi olaraq veganlar və vegetarianlar tərəfindən asanlıqla istehlak edilə bilər.

 

 

Kremli konsistensiyasına görə uşaq yeməyi də hazırlanır.


Orta hesabla bir avokado təxminən 250 kaloridir, bu kalorilərin 75%-dən çoxu faydalı yağlardan gəlir.

Avokadonun faydaları

Avokado ən çox lipofilik (yağda həll olunan) antioksidantlara malik meyvədir. 

Anti-kanserogen xüsusiyyətlərə malik olduğu bildirilən faydalı bioaktiv fitokimyəvi maddələrdən ibarətdir.

Tərkibində yüksək kalium və aşağı natrium olduğu üçün qan təzyiqini tarazlaşdırır.

Tərkibində qida ilə qəbul edilməli olan əsas yağ turşuları var.

Tərkibindəki glutatyon maddəsi sayəsində bədəni sərbəst radikallardan təmizləyir və immunitet sistemini gücləndirir.

O, qida əlavəsi kimi çıxış edir, çünki yağda həll olunan qida maddələrinin udulmasını artırır. 

Bəzi araşdırmalara görə, qidalara avokado yağının əlavə edilməsinin antioksidantların udulmasını 2,6-15 dəfə artıra biləcəyi müəyyən edilmişdir.

Digər meyvələrlə müqayisədə avokadonun tərkibində çox az şəkər var. Avokadonun glisemik indeks yükünün təxminən sıfır olacağı gözlənilir. Beləliklə, qan şəkərinə nəzarət və çəki idarə etmək kimi şərtlərdə kömək edə bilər. 

Yüksək lif nisbəti ilə bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır və qəbizliyin qarşısını alaraq probiotik təsir göstərir. Avokadoda 25% həzm olunan olunan lif var. 

Avokado zəngin dəmir tərkibinə görə dəmir çatışmazlığının müalicəsində istehlak edilməlidir. 

Diqqət! Avokadonun zərərləri: 

Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda da həm hamilə qadın, həm də  döl üçün zəruri olan fol turşusunun 25 faizi var. Amma diqqət edin:  bəzi sağlamlıq mütəxəssisləri hamiləlik və ana südü zamanı avokadonun istehlak edilməməsi lazım olduğunu söyləyirlər.İstənilən halda, öz həkiminizlə məsləhətləşin.    

Həddindən artıq istehlak edildikdə ağızda qaşınma, qızartı kimi allergik problemlərə səbəb ola bilər.

Lateksə allergiyası olanlar ondan uzaq durmalıdırlar.  

Həssas dəri sahibləri ehtiyatla istifadə etməlidirlər.

Qrip, soyuqdəymə, astma kimi xəstəliklərlə mübarizə aparan insanlar onların istehlakına diqqət etməlidirlər.

Xolesterol problemi və ya qaraciyər xəstəliyi varsa, həkim nəzarəti altında istifadə edilməlidir.

Qan durulaşdıran dərmanlardan istifadə edənlər həkimə müraciət etməlidir. 

Arıqlamaq məqsədi varsa, diyetoloqunuzla məsləhətləşmək tövsiyə olunur.