Bakı 19˚C Partly sunny

Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Biznes 17:18 06 dek, 2021

Bu məsələ avronun 2022-ci ilin 1 yanvar tarixində qeyd ediləcək 20 illiyi münasibətilə Avropa Mərkəzi Bankında (ECB) müzakirə olunur

Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər.

Qazet.az xəbər verir ki, bu məsələ avronun 2022-ci ilin 1 yanvar tarixində qeyd ediləcək 20 illiyi münasibətilə Avropa Mərkəzi Bankında (ECB) müzakirə olunur. Yaxın günlərdə sözügedən təşəbbüs rəsmi şəkildə irəli sürüləcək. Təşəbbüsün qəbul ediləcəyi halda ECB Avropa İttifaqı üzv ölkələrinin təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, hazırda tədavüldə olan avro əskinasları üzərindəki şəkillər ümumi xarakter daşıyaraq konkret tikili və binaları əks etdirmir. 2013-ci ildə ECB qədim yunan əsatirinin qəhrəmanı Avropanın təsviri olduğu “Avropa” adlı silsilə buraxıb.

Mənbə