Bakı 22˚C Partly sunny

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

İdman 21:56 01 may, 2022

Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Qazet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.

Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.