Avropa çempionatlarının yubiley qolları - SİYAHI
Dünya03:1214 iyun, 2021

3:1 hesablı qələbəyə imza atan avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub.

Avropa çempionatlarının yubiley qolları - SİYAHI
Bizi-da oxuyun

Avropa çempionatları tarixində 700-cü qol qeydə alınıb.

Qazet.az-ın məlumatına görə, yubiley qoluna Avstriya yığmasının hücumçusu Mixael Qreqoriç Şimali Makedoniya ilə AVRO-2020-nin oyununda imza atıb. O, komandasının ikinci qolunun müəllifi olub.

3:1 hesablı qələbəyə imza atan avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub. Şimali Makedoniya millisindən isə Qoran Pandev fərqlənib.

Avropa çempionatlarının yubiley qolları

1. Milan Qaliç (Yuqoslaviya - Fransa, 1960)
50. Draqan Caiç (Yuqoslaviya - AFR, 1976)
100. Alen Jiress (Fransa - Belçika, 1984)
150. Marko van Basten (Hollandiya - İngiltərə, 1988)
200. Kim Vilfort (Danimarka - Almaniya, 1992)
250. Yan Suxoparek (Çexiya - Rusiya, 1996)
300. Zlatko Zahoviç (Sloveniya - İspaniya, 2000)
350. Giorqos Karaqunis (Yunanıstan - Portuqaliya, 2004)
400. Tyerri Anri (Fransa - İsveçrə, 2004)
450. Dario Srna (Xorvatiya - Almaniya, 2008)
500. Xavi (İspaniya - Rusiya, 2008)
550. Giorqos Karaqunis (Yunanıstan - Rusiya, 2012)
600. Nani (Portuqaliya - İslandiya, 2016)
650. Cerdan Şakiri (İsveçrə - Polşa, 2016)
700. Mixael Qreqoriç (Avstriya - Makedoniya, 2021)

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0