Avropa Liqası: Mahir Emrelinin komandası "Spartak"a qalib gəlib
Dünya20:5215 sentyabr, 2021

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 

Avropa Liqası: Mahir Emrelinin komandası "Spartak"a qalib gəlib
Bizi-da oxuyun

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Qazet.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. "Spartak" stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.

Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.

Fikriniz