Bakı 12˚C Sunny

Avropa Liqasında növbəti oyunlar keçiriləcək

İdman 09:20 11 avq, 2022

İkinci oyun günündə daha 6 cavab görüşü keçiriləcək.

Avropa Liqasında növbəti oyunlar keçiriləcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Qazet.az xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçiriləcək.

Türkiyə "Fənərbağça"sı Çexiyada "Slovaçko"nun qonağı olacaq. "Sarı-lacivərdlilər" İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Daha əvvəl İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya)

İlk oyun - 2:0

21:00. "Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 0:3

21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya)

İlk oyun - 2:0

22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç)

İlk oyun - 0:3

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr)

İlk oyun - 1:2

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.