Avropada qazın spot qiyməti 254 dollara çatıb
Gündəm17:5913 aprel, 2021

Aİ-də qaz hasilatı keçən il təxminən 23 % azalaraq 54 milyard kubmetr təşkil edib

title
Bizi-da oxuyun

Avropada qazın spot qiymətləri yeni həftənin başlanğıcı ilə artmağa davam edib. Qiymət artımı soyuq hava şəraiti, həmçinin Rusiya və Norveçdən boru kəmərləri ilə tədarükün azalması fonunda baş verib.

Qazet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Niderlandın TTF qovşağında tədarükü aprelin 13-nə nəzərdə tutulan qazın min kubmetr üçün qiyməti 254 dollara yüksəlib. Bu, son iki ayda ən yüksək göstəricidir. Bundan əvvəl, aprelin 12-də qazın qiyməti 239 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin sonuna olan məlumata görə, Avropa ölkələri tərəfindən qaz idxalı illik göstəricidə 9 % azalaraq 326 milyard kubmetr təşkil edib. Hesabat dövründə Avropa İttifaqında (Aİ) təbii qaz istehlakı illik 3 % azalaraq 394 milyard kubmetrə çatıb. Aİ-də qaz hasilatı keçən il təxminən 23 % azalaraq 54 milyard kubmetr təşkil edib.

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0