Bakı 17˚C Partly sunny

Avstraliya Açıq çempionatında olan Rafael Nadal yeni rekorda imza atıb

İdman 22:12 30 yan, 2022

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.

Avstraliya Açıq çempionatında olan Rafael Nadal yeni rekorda imza atıb

Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

Qazet.az-ın məlumatına görə, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.