Bakı 15˚C Sunny

Avstraliyada son 150 ilin ən güclü zəlzələsi baş verib - VİDEO

Gündəm 20:30 22 sen, 2021

Melburnda 46 binaya ziyan dəyib

Avstraliyada son 150 ilin ən güclü zəlzələsi baş verib -<span style="color:red"> VİDEO</span>

Avstraliyanın Viktoriya əyalətində son 150 ilin ən güclü zəlzələsi baş verib. Seysmoloqların məlumatına görə, təkanların gücü 6 bala çatıb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayımlanıb.

Bildirilir ki, Melburnda 46 binaya və yollara ziyan dəyib, sakinlər təxliyə edilib.

Zəlzələnin episentrinin şəhərin 180 kilometr şərqindəki dağlarda, on kilometr dərinlikdə olduğu bildirilir. Yeraltı təkanlar, təxminən, 15-20 saniyə davam edib. Seysmoloqlar bunun ardınca başqa, daha güclü bir zəlzələnin gəlmə ehtimalı olduğunu düşünürlər.