Bakı 10˚C Sunny

Avtobusta qəza - ÖLƏNLƏR VAR

Cəmiyyət 12:33 19 may, 2022

Hadisə yerində araşdırma aparılır

Avtobusta qəza -<span style="color:red"> ÖLƏNLƏR VAR</span>

Meksikada avtobus qəzasında 14 nəfər ölüb.

Qazet.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, Halisko ştatında kənd təsərrüfatı işçilərini daşıyan avtobus yoldan çıxaraq divara çırpılıb.

“Avtobusun əyləc sistemində nasazlıq yaranıb. Sürücü avtobusu saxlamağa çalışıb, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində 14 nəfər ölüb, 20 nəfər xəsarət alıb”, - deyə ştatın Mülki Müdafiə Xidməti “Twitter” hesabında məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü də var.

Hadisə yerində araşdırma aparılır.