Avtomobilini təmir edən sürücünü digər maşın vurub 
Azərbaycan10:0228 sentyabr, 2021

Hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib

Avtomobilini təmir edən sürücünü digər maşın vurub 
Bizi-da oxuyun

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Qazet.az-ın məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Fikriniz