Bakı 14˚C Mostly sunny

Ayaqlar bu qış çox rəngarəng olacaq

Maraqlı 17:32 29 noy, 2021

Yeni mövsüm rəngli çəkmələrlə yadda qalacaq

Ayaqlar bu qış çox rəngarəng olacaq

Heç bir payız-qış mövsümü dəbdə olan çəkmələr olmadan tamamlanmır. 

Dizüstü çəkmələri geri buraxdığımızı düşünənlər yanılır. Xüsusilə, min bir ton qəhvəyi rəngli çəkmələr geyim tərzinizə gözəllik qatacaq. Bu mövsüm dizaynerlər bu rəngdə çəkmələri seçməyi təklif edirlər: neon yaşıl, sarı, çəhrayı.

Elisabetta Franchi və Celine kolleksiyalarında ənənəvi uzunboğaz çəkmələr, Valentinoda isə dizə qədər çəkmələr tapa bilərsiniz.

Düz dabanlı və ya dikdabanlı bu cür çəkmələr incə ayaqları qabarıq göstərir və soyuq havada sizi isti saxlayır. Onları trikotaj paltarlar, dəri mini ətəklər və ya yun şortlarla birləşdirə bilərsiniz.

Ötən illərdə sevə-sevə geyinilən qara corablı çəkmələri indi müxtəlif rənglər əvəz edəcək.


Ağ çəkmələr və botlar bu mövsümün sevimlisinə çevrilib. Xüsusilə uzun və dabanlı modellər rəqib tanımır. 


Ön fermuarlı modellər istənilən kombinasiyanı qəşəng edir. Bu, klassik və həmişə dəbli olmaq istəyənlər üçün əla seçimdir.