Bakı 15˚C Sunny

AYİB Azərbaycanda elektrik stansiyasına 51 milyon ayırır

Biznes 15:59 25 mar, 2022

Kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 27-i gözlənilir

AYİB Azərbaycanda elektrik stansiyasına 51 milyon ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

Qazet.az xəbər verir ki, bu barədə AYİB məlumat yayıb.

Qeyd edək ki, Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.

Bildirilir ki, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 27-i gözlənilir. Kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış Masdar Azerbaijan Energy MMC-yə ayrılıb.