Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.
11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Qazet.az xəbər verir ki, memorandumu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etməkdir.
Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Memorandumda QDF və ABA-nın üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-in işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, Fond tərəfindən təqdim edilən layihələrin ABA üzvlərinə kommunikasiya edilməsinin təşkili, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.
Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşlarımızın güzəştli bank xidmətləri, eləcə də həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.
İndiyə qədər Qarabağ Dirçəliş Fonduna Banklar tərəfindən edilən ianələrin həcmi 2.55 mln. manat təşkil etməkdədir. YAŞAT Fondu ilə ABA arasında anlaşma Memorandumu imzalanmışdır ki, bu da bundan sonra bu dəstək tədbirlərinin davamlı və daha sistemli həyata keçirilməsinə töhfə verir. YAŞAT Fonduna isə ABA üzvləri tərəfindən köçürülən vəsaitin həcmi 2.9 mln. manat təşkil edib.
Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto
Gizli saxlayırdı... - Cüneyt Arkının qızı Filizə yazdığı məktub üzə çıxdı
Meymunçiçəyinin müalicəsində istifadə olunan dərmanların adı AÇIQLANDI
Raquf Orucovun oğlu məzun oldu - FOTO
Əli Əsədov İordaniya Senatının sədri ilə görüşdü
Avropa İttifaqının bayrağı alqış sədaları altında Ukrayna parlamentində - VİDEO
Rusiya korona ilə bağlı bütün qadağaları ləğv etdi
Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?
102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR
Fikriniz
- Rəy yazın
- Rəylər
- Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto
Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz tviter hesabında paylaşıb
Dünya17:32 01.07.2022 - Gizli saxlayırdı... - Cüneyt Arkının qızı Filizə yazdığı məktub üzə çıxdı
"Beyaz maqazin" proqramında yayımlanan məktuba görə, Arkın həsrət çəkən qızına bu sözlərlə müraciət edib
Maraqlı17:26 01.07.2022 - Meymunçiçəyinin müalicəsində istifadə olunan dərmanların adı AÇIQLANDI
Xəstəliyi ağır keçirənlər stasionar şəraitdə müalicə olunmalıdırlar
Səhiyyə / sağlamlıq17:24 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Cəmiyyət
Hamısına bax