Bakı 10˚C Sunny

Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar açıqlanıb

Siyasət 17:27 19 mar, 2022

Baş nazir Əli Əsədov qərar imzalayıb

Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar açıqlanıb

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar açıqlanıb.

Qazet.az-ın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Reyestrin I bölməsinə məlumatlar daxil ediləcək:

1. tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd, qəsəbə);

2. tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış binası və s.);

3. tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət, abidə və s.);

4. tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvanı (mövcud olduqda);

5. tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);

.6. tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan)

7. tikilinin ümumi sahəsi;

8. tikinti sahəsi;

9. tikilinin mərtəbəliliyi (mövcud olduqda);

10. tikilinin fotoşəkilləri;

11. inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar olunmayan inventar nömrəsi;

12. qeydlər.

Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:

Söküntü niyyətinə dair məlumatlar:

1. müraciət edən orqan (qurum);

2. müraciətin məzmunu;

3. müraciətin tarixi;

4. tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar (sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda): - rəyləri təqdim edən orqan (qurum); - rəylərin təqdim edilmə tarixi; - rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);

5. söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının məlumatı;

Tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:

1. müraciət edən orqan (qurum);

2. müraciətin məzmunu;

3. müraciətin tarixi.

Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntülər barədə məlumatlar daxil edilir.

Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir.