Bakı 10˚C Sunny

Azad olunmuş ərazilərdə yerləşən abidələrin vəziyyəti barədə məruzə edilib

Maraqlı 12:27 04 okt, 2021

Mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib

Azad olunmuş ərazilərdə yerləşən abidələrin vəziyyəti barədə məruzə edilib

BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi ilə bağlı dördüncü dövrü məruzəsinin təqdimatı onlayn formatda təşkil olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Qazet.az-a verilən məlumata görə, sözügedən iclasda Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Ermənistan Respublikasının Azərbaycanın ərazilərinin işğalı nəticəsində ölkəmizin humanitar, iqtisadi və mədəni irsin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib.

Vurğulayıb ki, işğal nəticəsində tarixi abidələrin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib.