Bakı 16˚C Partly sunny

Azərbaycan 20-ci medalını qazandı

İdman 04:12 05 noy, 2021

Qeyd edək ki, M.Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.

Azərbaycan 20-ci medalını qazandı

Məhəmməd Abdullayev (+92 kq) Azərbaycan boks yığmasının tarixinə düşüb.

Qazet.az xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub. Belə ki, “Baku Fight Lab”ın üzvünün əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc medal kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.

Qeyd edək ki, M.Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.