Bakı 13˚C Mostly sunny

“Azərbaycan Ağdərə -Xankəndi, Əsgəran-Xankəndi yollarına nəzarəti ələ keçirdi” – Erməni politoloqdan ETİRAF

Siyasət 10:58 28 mar, 2022

Bunu erməni mediasına müsahibəsində  politoloq Ara Poqosyan deyib

“Azərbaycan Ağdərə -Xankəndi, Əsgəran-Xankəndi yollarına nəzarəti ələ keçirdi” – Erməni politoloqdan ETİRAF

“Azərbaycan Qarabağ məsələsini həll üçün  hərb yolunu secəcək. Çünki vaxtında Azərbaycan bizə sülh təklif etmişdi.”

Qazet.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində  politoloq Ara Poqosyan deyib.

image-999

” Azərbaycan nə etdiyini gözəl bilir. Əvvəlcə bizə sülh təklif etdilər. Amma bizdə bəziləri Azərbaycanın qorxduğunu, Ermənistanın Rusiya ilə münasibətlərini önə gətirib imtina etdilər. Və o zaman Azərbaycan “B” planına keçdi. Cəmi bir saata Qaraqlux yüksəkliyini alan Azərbaycan ordusu Ağdərə -Xankəndi-Əsgəran-Xankəndi yollarına nəzarəti ələ keçirdilər. Bununla da Qarabağın ermənilər yaşayan  hissəsi hissələrə bölünüb.Bu, erməniləri qısa zamanda Qarabağdan çıxartmaq üçün ideal plandır və Azərbaycan bunu reallaşdıracaq. Rusiya bizim üçün döyüşə bilərmi? Biz aydın başa düşməliyik ki, heç bir ölkə bizim üçün ən azı bir əsgərini qurban verməyə hazır deyil. Bir sözlə müharibə başlayacaq, çünki Azərbaycan Qarabağı güzəştə getməyəcək”- deyə Ara Poqosyan bildirib.

(alp.az)