Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
Futbol14:5712 noyabr, 2021

AFFA İntizam Komitəsi bütün 4 futbolçunu 6 oyun cəzalandırıb

Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
Bizi-da oxuyun

Futbol üzrə Gənclər Liqasının (19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı - red.) “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.

Qazet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.

Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak eib.

AFFA İntizam Komitəsi bütün 4 futbolçunu 6 oyun cəzalandırıb.

Fikriniz