Azərbaycan filmi Tokio Film Festivalında mükafata layiq görülüb
Azərbaycan13:439 noyabr, 2021

Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb

Azərbaycan filmi Tokio Film Festivalında mükafata layiq görülüb
Bizi-da oxuyun

Azərbaycan filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub.

Qazet.az xəbər verir ki, bu barədə film festivalının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb.

Qeyd edək ki, Tokio Film Festivalınının müsabiqə proqramına Azərbaycan, Albaniya, İran, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyadan ümumilikdə 15 film təqdim edilib.

Bu il münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Fikriniz