Bakı 13˚C Mostly sunny

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Gündəm 17:07 20 may, 2022

Bu barədə Müdafiə Naziriliyi məlumat yayıb

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində iştirak edirlər.

Qazet.az xəbər verir ki, bu barədə Müdafiə Naziriliyi məlumat yayıb.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.