Bakı 15˚C Mostly sunny

Azərbaycan İslamiadada növbəti medalı qazandı

İdman 13:51 11 avq, 2022

Ağırlıqqaldıranımız Nazilə İsmayılova (45 kq) bürünc medal əldə edib

Azərbaycan İslamiadada növbəti medalı qazandı

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

Qazet.az xəbər verir ki, ağırlıqqaldıranımız Nazilə İsmayılova (45 kq) bürünc medal əldə edib. O, iki hərəkətin cəmində 121 kq nəticə göstərib. Nazilə birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib.

Qeyd edək ki, Nazilə İsmayılova Azərbaycana ağırlıqqaldırma növündə ilk, ümumilikdə isə 14-cü medalı qazandırıb.