Bakı 13˚C Mostly sunny

Azərbaycan millisinin futbolçusu zədələnib

İdman 19:03 12 may, 2022

Sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb

Azərbaycan millisinin futbolçusu zədələnib

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk növbəti oyunu da buraxacaq.

Qazet.az Report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano bildirib.

45 yaşlı mütəxəssis Krivotsyukun zədə səbəbindən mayın 13-də "Krakoviya" ilə Ekstraklasanın XXXIII tur matçına da çıxmayacağını söyləyib. Polşalı baş məşqçi oyunçunun 100 faiz hazır olmadığını bildirib.

Qeyd edək ki, "Visla" 32 oyundan 45 xalla 6-cı pillədə qərarlaşıb. Krivotsyuk son olaraq aprelin 16-da "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxıb. 24 yaşlı müdafiəçi bu matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və növbəti tur Krakov "Visla"sı ilə qarşılaşmanı da buraxmalı olub.