Bakı 10˚C Sunny

Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Gündəm 17:47 28 sen, 2021

MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib

Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.

Qazet.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətindən verilən məlumata görə, MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib.

Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb.

Daha əvvəl "Sumqayıt"ın hücumçusu Əli Qurbani də zədələnib. Azərbaycan millisinin futbolçusu bir həftədən sonra məşqlərə başlayacaq.