Bakı 7˚C Sunny

Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

Biznes 13:00 22 okt, 2021

Neftin bir barelinin qiyməti  2,27 % azalıb

Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,98 ABŞ dolları, yaxud 2,27 % azalıb.

Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.