Azərbaycan nefti bahalaşdı
Biznes
12:28 30 noy, 2021
Xam neftin qiyməti 2,29 % artıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,69 ABŞ dolları, yaxud 2,29 % artıb.
Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,6 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.